Bakıda işə getmək adı ilə evdən çıxan 51 yaşlı kişi itkin düşdü





Bakıda orta yaşlı kişi itkin düşüb.

Trend-in məlumatına görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Arzu Əhməd qızı Həsənova polisə müraciət edərək bildirib ki, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Mehman Vaqif oğlu Həsənov fevralın 8-də yaşadığı evdən işə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu