"Olaydan sonra çeçen və Azərbaycan xalqı arasında daha sıx dostluq formalaşır"





"Ermənilərin murdar xisləti dəfələrlə üzə çıxıb. Lakin indi vəziyyət dəyişib və proseslər düşmənin lehinə yox, əleyhinə işləyir”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Deputat bildirib ki, Moskvada baş verən hadisəni körükləmək istəyən ermənilərin başında "Çiçəklənən Ermənistan” partiyasının deputatı Arman Abovyan dayanırdı. Lakin o, daha sonra sölədiklərini inkar etdi. Abovyanın geri addım atmasına səbəb Azərbaycan və Çeçenistan rəhbərliyinin dost münasibəti, çeçen və Azərbaycan xalqlarının bir-birinə yaxın olması faktıdır: 

"Hadisədən sonra çeçen və Azərbaycan icmalarının Moskvada bir yerə yığışaraq ortaq bəyanat səsləndirməsi də iki xalqın dostluğunun və heç vaxt təxribata getməyəcəklərinin əyani sübutu idi. Çeçenistan rəhbəri Ramzan Kadırovun Azərbaycan dövlətinə və millətinə böyük rəğbəti var”.

Parlament üzvünün sözlərinə görə, ermənilər bu hadisənin iki millət arasında ciddi gərginlik yaradacağına, münasibətlərə mənfi təsir göstərəcəyinə ümid edirdilər:

 "Lakin belə təxribat xarakterli olaylardan sonra çeçen və Azərbaycan xalqı arasında daha sıx dostluq formalaşır. Çünki hər iki tərəf ermənilərin iç üzünü görür. Qafqaz xalqları daim bir yerdə əmin-amanlıq şəraitində yaşayıblar. Amma ermənilər heç vaxt Qafqaz milləti ola bilməyiblər. 

Bu fikri Şamil Basayev də təkrar edirdi və bildirirdi ki, ermənilər "rusun iti”dir, ona görə də heç vaxt Qafqazlı ola bilməzlər. Çeçenlər də, Azərbaycanılar da ermənilərin iç üzünü yaxşı bilirlər. 

Bu səbəbdən düşmənin iki dost xalq arasında nifaq salmaq cəhdləri baş tutmadı. Ermənilər çalışırdı ki, bizim "aqressiv” obrazımızı yaratsınlar və desinlər ki, Azərbaycanlılar bir yerdə yaşaya bilməzlər. Onlar türk və müsəlman xalqlarının yaxınlaşmasını arzulamırlar. Ancaq zaman xeyrimizə işləyir və artıq hamı düşmənin murdar xislətini görür”.

İsmayıl


Paylaş

Bizi Facebookda izləyin
menu
menu