Türkiyə vətəndaşı Ermənistanda saxlanıldı




Almaniya tərəfindən axtarışa verilən Faruq.S adlı şəxs Ermənistanda saxlanılıb.

Axar.az xəbər verir ki, Türkiyə vətəndaşı olan sözügedən şəxs fevralın 16-da axşam saatlarında Ermənistan-Gürcüstan sərhədində, Barqataşen sərhəd məntəqəsində saxlanılıb.

Qeyd edilir ki, Türkiyə vətəndaşı 12 iyul 2012-ci ildən bu yana Almaniya tərəfindən İnterpol axtarışına verilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu