Yazıçı və şairlərdən abunə kampaniyasına DƏSTƏK: “ “Şərq” yaşamağa layiq mətbu nəşrdir”





Bir müddətdir ki, 23 illik tarixə malik və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan "Şərq” qəzeti abunə kampaniyasına başlayıb. Məhz bu məqsədlə qəzetin baş redaktoru Akif Aşırlı redaksiyada toplantı keçirərək, klassik qəzet ənənələrinin yaşadılması naminə "Şərq”i oxu” şüarı ilə ictimaiyyət nümayəndələrinə, sadə vətəndaşlara, qəzet oxumaq istəyən hər kəsə müraciət ünvanlayaraq, abunə yazılmaq üçün çağırış edib. Və qəzetin redaksiyasında "Abunə dəftəri” açılıb. Artıq bu çağırışdan sonra sosial mediada, eləcə də ictimaiyyətdə ziyalılar, yazıçılar və oxucular "Şərq"ə dəstəklərini ifadə ediblər.

Hazırda da " "Şərq”i oxu” abunə kampaniyası çərçivəsində tanınmış ictimaiyyət nümayəndələrinin qəzetimizə dəstəyi davam edir. Cəmiyyətdə tanınan nüfuzlu şəxslər, ziyalılar, elm adamları və yazarlar məmnunluqla abunə marafonuna qoşulurlar.

Belə ki, ötən gün "Şərq”ə dəstək məqsədi ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar Rzayev, qurumun birinci katibi, xalq şairi Fikrət Qoca, xalq şairi Sabir Rüstəmxanlı, şair Rüstəm Behrudi, AYB-nin gənclərlə iş üzrə katibi, tanınmış yazıçı-jurnalist Rəşad Məcid, şair-tərcüməçi Səlim Babullaoğlu, yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı və də qəzetimizə abunə yazılıblar.

Tanınmış yazıçı və şairlər "Şərq”in yaşamağa layiq mətbu orqan olduğunu və dövlətçilik tarixində mühüm rol oyandığını bəyan ediblər.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu