Fransada “Azərbaycan ədəbiyyatının antologiyası“ kitabı işıq üzü görüb




 Fransada "Azərbaycan ədəbiyyatının antologiyası" kitabı işıq üzü görüb.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, Strasburq şəhərində fəaliyyət göstərən "Kəpəz" nəşriyyat evində çap olunan "Azərbaycan ədəbiyyatıının antologiyası" kitabının təqdimatı martın 23-də Strasburqun Nobel mükafatına layiq görülmüş əsərlərin təqdimatının baş tutduğu "Kleber" kitab mağazasında keçiriləcək. "Azərbaycan ədəbiyyatının antologiyası" kitabı XIX əsrdən günümüzədək olan 28 yazıçının hekayəsindən ibarətdir.

"Kəpəz" nəşriyyat evində digər azərbaycanlı yazıçıların əsərləri hazırda çapa hazırlanır. Yaxın zamanlarda Nəriman Nərimanovun "Bahadır və Sona" kitabı ispan dilində, Çingiz Abdullayevin kitabı fransız dilində işıq üzü görəcək. Timuçin Hacıbəylinin atası Ceyhun Haclıbəyli haqqında yazdığı "Miqrantların həyatı" kitabı martda hazır olacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu