Elçin Hüseynbəyli ADU-da tələbələrlə görüşüb





Fevralın 28-də yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli Azərbaycan Dillər Universitetində tələbələrlə görüşüb.

"Sherg.az" xəbər verir ki, tədbir Azərbaycan Respublikasi Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə keçirilib.

 "Kitabqurdu-BookWorm" layihəsi çərçivəsində həyata keçirilən görüşü layihənin kordinatoru Nigar İsmayılova açıb və yazıçı barədə ətraflı məlumat verib.

E.Hüseynbəyli ədəbi proses barədə fikirlərini bildirəndən sonra tələbələrin suallarını cavablandırıb.

Tədbirin sonunda yazıçı öz kitablarını tələbələrə hədiyyə edib və onlarla xatirə şəkli çəkdirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu