“Qalatasaray” “Antalyaspor”ı darmadağın edib – 5:0





Bu gün Türkiyə Super Liqasında XXV turun son oyunu keçirilib. ONA-nın məlumatına görə, turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Qalatasaray” öz meydanında "Antalyaspor”u qəbul edib.
İlk yarını xeyrinə bitirən İstanbul klubu fasilədən sonra vurulan qollarla darmadağına imza atıb. Fatih Terimin yetirmələri böyükhesablı qələbə ilə aktivini 49 xala çatdırıb.
"Sarı-qırmızılar” bununla da "Beşiktaş”dan 5 xal uzaqlaşmağa nail olublar. "Qalatasaray” çempionatın lideri "Başakşəhər”dən isə 8 xal geri qalır.

"Qalatasaray” - "Antalyaspor” – 5:0

Paylaş

Bizi Facebookda izləyin
menu
menu