Azərbaycanda yaşayış evi partladı - YARALI VAR




Tərtərdə yaşayış evində partlayış olub.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, Tərtər rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli üçotaqlı evin mətbəxində partlayış baş verib.
Partlayış dalğasının təsirindən mətbəxdə 2 ədəd pəncərə çərçivəsi dağılıb. Yanğın hadisəsi baş verməyib.

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu