İrəvanda sahibkarlar ayağa qalxdı - POLİSLƏ TOQQUŞMA YAŞANIB



İrəvanda gərginlik yaşanır. Lent.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, İrəvanda sahibkarlarla polis arasında qarşıdurma olub.

Paytaxtda obyektlərinin qanunsuz sökülməsinin qarşısını almaq üçün yerli hökumətə etiraz edən yüzlərlə sahibkar Maştots prospekti, Tumanyan küçəsində ictimai sabitliyi pozaraq nəqliyyatın hərəkətinə mane olublar. Aksiyanın dağıdılması üçün çoxlu sayda polis qüvvələri cəlb edilib.

Bildirilir ki, polislə etirazçılar arasında toqquşma olduğundan hüquq-mühafizə orqanları əməkdaşları iğtişaşçılara qarşı güc tətbiq edib. Xeyli sayda şəxs saxlanılıb.

Qeyd edək ki, dünəndən başlanan etiraz aksiyası bu gün daha geniş vüsət alıb.

Sahibkarlar onlara məxsus obyektlərin sökülməsi üçün hökumət tərəfindən verilən qərarın əsassız olduğunu deyərək, sahib olduqları mülklərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş qanuni sənədlərini təqdim ediblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu