Azərbaycanda YENİ Quran kursları




Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətlərindən biri də QMİ-nin təşkilati tabeçiliyində olan dini qurumlarda (məscid və ziyarətgahlarda) gənclər və yaşlılar üçün Quran kurslarının yaradılmasıdır.

QMİ sədrinin müavini Qəmər Cavadlının Lent.az-a dedyinə görə, keçən il İdarəyə müraciət etmiş dini icmalardan 100-nə Quran kurslarının təşkili üçün razılıq verilib: "Bu ilin əvvəlindən daha 50 dini icmanın Quran kurslarının fəaliyyətə başlaması üçün sənədlər hazırlanmaqdadır”.

Q.Cavadlı onu da əlavə edib ki, Quran kurslarının fəaliyyətə başlaması üçün QMİ-nin müvafiq əmri, kursun Əsasnaməsi və tədris-fənn proqramları olmalıdır: "Prinsip etibarilə, bu zamana qədər fəaliyyət göstərən bütün dini yönümlü kurslar rəsmi qeydiyyata düşməkdə daha çox maraqlıdırlar, çünki bu, onların fəaliyyətinə verilən təminatdır”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu