Ermənistan Müdafiə Nazirliyində kütləvi həbslər -131 əməkdaş tutulub




Ötən il Ermənistan Müdafiə Nazirliyinin 131 əməkdaşı həbs olunub.

Ermənistan mətbuatında yayılan məlumata görə, bu barədə informasiyanı ölkənin Baş Prokurorluğu yayıb.

Prokurorun korrupsiyaya qarşı mübarizə ilə bağlı 2018-ci il üzrə hesabatına görə, 17 polis əməkdaşı, 14 Dövlət Gəlir Komitəsi əməkdaşı, 10 İstintaq Komitəsi əməkdaşı, dörd Silahlı Qüvvələr və Milli Təhlükəsizlik Xidməti əməkdaşı, 15 Ədliyyə Nazirliyinin Penitensiar orqan əməkdaşı, 14 səhiyyə işçisi, 35 təhsil sahəsi əməkdaşı, 56 Sosial Təminat Nazirliyi əməkdaşı, 73 yerli özünüidarəetmə orqanı əməkdaşı və 131 Müdafiə Nazirliyi əməkdaşı məsuliyyətə cəlb olunub.

Baş prokurorluğa görə, 2017-ci illə müqayisədə, korrupsiya faktları üzrə cinayət işlərinin sayı 3,6 dəfə artıb. Nəticədə, Ermənistan dövlətinə 9,4 milyon dollar ziyan dəyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu