"Forumun məqsədi tezliklə dünyada sülhün, sabitliyin bərqərar olunmasına nail olmaqdır" - Deputat





"Qlobal Bakı Forumu Azərbacan üçün böyük əhəmiyyət kəsb edir. Bu tədbir dəyərlərimizi dünyaya çatdırmaq üçün çox gözəl bir imkandır".

Bunu "Sherg.az"a millət vəkili Asim Mollazadə bu gün Azərbaycanda keçirilən VII Qlobal Bakı Forumundan danışarkən deyib. 

Onun sözlərinə görə, dünyanın hər bir ölkəsindən təşrif buyuran nümayəndələr Azərbaycanın dəyərləri ilə tanış olurlar: 

"Ölkəmizin mövqeyni öyrənirlər. Azərbyacanın tarixi və mədəniyyəti mühüm maraq kəsb edir.

Bu sayaq forumlarla Azərbaycan bu keşməkeşli dünyada özünə düşüncələrini bölüşə biləcəyi dostlar qazanır. 

Forumun əsas məqsədi də eyni düşüncəyə malik, lakin rəngarəng mədəniyyətlərin daşıyıcıları olan dövlətlərin birləşərək tezliklə dünyada sülhün, sabitliyin bərqərar olunmasına qərar verməkdir.

Gələcəkdə də Azərbaycan öz fikirlərini dostları ilə bölüşərək, onlarla birləşərək beynəlxalq arenada mövqelərimizin daha da güclənməsinə, beynəlxalq nüfuzumuzun daha da artmasına nail olacaq".

Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu