“Bu cür forumlar ölkəmizə iqtisadi dividentlər də gətirir” – Millət Vəkili





"VII Bakı Qlobal Forumu kimi böyük bir tədbirin keçirilməsi ölkəmizdə baş tutması Azərbaycanın dünyadakı siyasi imicinin və iqtisadi potensialının təzahürüdür”.

Bu barədə "Sherg.az”a millət vəkili Aydın Hüseynov bildirib.

Parlamentari qeyd edib ki, Azərbaycan özü Ermənistan tərəfindən işğala məruz qalsa da, dünyada sülhün və sabitliyin təmin olunmasına mühüm töhfələr verir: "

"Dünyada mürəkkəb siyasi vəziyyət hökm sürdüyü bir zamanda belə bir forumun Azərbaycanda keçirilməsi və forumda bir sıra dövlət və hökumət başçılarının, nazirlərin, dünyanın nüfuzlu ictimai-siyasi xadimlərinin iştirakı ölkəmiz üçün böyük siyasi dividenddir. Bu tədbirin Azərbaycanda keçirilməsi isbat edir ki, ölkəmiz demokratik prinsiplərə söykənən, sivil, mültikulturalizmin ən böyük inkişaf etdiyi, tolerantlığın mövcud olduğu bir məkandır.

Eyni zamanda Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə öz haqq səsini, ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu cür forumlar ölkəmizə siyasi dividentlərlə yanaşı iqtisadi dividentlər də gətirir. 

Bu insanlar forumda iştirak etməklə, həm də ölkəmizin iqtisadi potensialı, investisiya mühiti haqqında məlumat əldə edirlər. Azərbaycanın siyasi baxımdan sabit bir ölkə olduğunu görürlər və təbii ki, dünyadakı investorlar da bu cür forumlar sayəsində Azərbaycanı daha yaxından tanıyırlar. Bu baxımdan gələcəkdə bu forum Azərbaycanın iqtisadi inkişafına da bir təkan verəcək. Artıq Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə dünyada etibarlı tərəfdaş imici formalaşdırıb".

Ayyət Əhməd 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu