İrəvanda iğtişaş - İki nəfər xəsarət alıb




İrəvanda Opera və Balet Teatrı yaxınlığında iğtişaş baş verib.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, iğtişaşa həmin ərazidə kafenin sökülməsi səbəb olub.

Kafe sahibləri söküntü işlərinin dayandırılmasını tələb edib. İğtişaş nəticəsində iki nəfər, o cümlədən bir polis əməkdaşı xəsarət alıb.

Bundan başqa, ayağından xəsarət alan Ermənistan parlamentinin deputatı Naira Zoqrabyan xəstəxanaya yerləşdirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu