Zirzəmiyə düşən azyaşlı xilas edildi





Gəncədə azyaşlı zirzəmiyə düşüb.

Fövqəladə Hallar Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlı qapının kilidlənməsi nəticəsində evin zirzəmisində köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri qapını açaraq uşağı aidiyyəti üzrə təhvil veriblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu