Sabiq nazir: “Hər əlinə qələm alan kitab yazır”





"Bədii kitablar bir yana, üzərində dərs vəsaiti yazılan bütün kitablar nazirliyin nzəarətində olmalıdır”.

Bunu "Sherg.az”a sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib.

Onun sözlərinə görə, nazirlikdə şuralar var və o şuralarda fəaliyyət göstərən mütəxəssislər var:

"Şurada olanlar heç olmasa, o kitabları çapa getməz əvvəl vərəqləyib baxsalar, bu cür qüsurlar olmaz. Bəzi məsələlər diqqətsizlikdən, bəzi məsələlər isə nadanlıqdan irəli gəlir. Hər əlinə qələm alan kitab yazır. Buna görə də hərc-mərclik yaranır. Bu sahədə mütəxəssislər öz sözlərini deməlidirlər. Mən doğrusu, onları görməmişəm.

 Kitabı yazan və redaktoru kimdir, hansı nəşriyyat buraxıb. Ona görə konkret fikir bildirə bilmirəm. Ümumi şəkildə demək olar ki, dərs vəsaitləri, dərsliklər mütləq nəzarətdən keçiriləndən sonra çap olunmalıdır”.

Qeyd edək ki, son illər dərc olunan bəzi dərs vəsaitlərinin istər üz qabığında , istərsə də səhifələrində Ermənistan bayrağının rənglərindən istifadə olunur. Və şübhəsiz ki, bu hal sosial şəbəkələrdə , eləcə də cəmiyyətdə etirazla qarşılanır. Müəlliflər və nəşriyyatlar haqlı olaraq ciddi qınaq obyektinə tuş gəlirlər.

Sevda Ulutau

Paylaş

Bizi Facebookda izləyin
menu
menu