Bir nəfər qızılcadan öldü - Nazir reaksiya verdi




Fransada qızılca xəstəliyi səbəbindən bir nəfər ölüb.

"Sherg.az” "lefigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Fransa İctimai Səhiyyə Agentliyi həftəlik bulletinində məlumat açıqlayıb. Lakin agentlik xəstənin öldüyü günü və adını gizli salxayıb.

Xəbərdə o da deyilir ki, bu il Fransada 350 nəfər qızılcaya yoluxub. Onlardan 100 – ü xəstəxanaya yerləşdirilib. Ötən il isə qızılcaya 966 nəfər yoluxub.


Ölkənin Səhiyyə naziri Anye Büzin bəyan edib ki, ötən illə müqayisədə bu il qızılcaya yoluxanların sayı azalıb: 

"Lakin indiki durum bizi qane etmir. Biz bu rəqəmləri sıfıra endirməliyik.


Məlumat üçün bildirək ki, 2018-ci ildə Fransada qızılcadan 3 nəfər dünyasını dəyişib. Onlardan birincisi 32 yaşlı xanım, ikincisi 25 yaşlı kişi, üçüncüsü isə 16 yaşlı gənc qız olub. Həmin şəxslər heç vaxt qızlca əleyhinə vaksin olunmayıblar.

Onu da qeyd edək ki, 2008-ci ildən bu yana Fransada 24 nəfər qızlcadan ölüb.

Tərcümə etdi: Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu