Zaxarova erməni jurnalisti yerində oturtdu: "Məni qorxutmayın"





Erməni jurnalistin Rusiya Xarici İşlər Nazirliyində keçirilən brifinqində verdiyi suala nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova fərqli reaksiya verib.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ermənistan mediasını təmsil edən jurnalist Dağlıq Qarabağda qondarma qurumun keçirdiyi "təhlükəsizlik şurası”nın iclasında özünü katib adlandıran şəxsin üçtərəfli sazişin imzalanması təklifi ilə çıxış etməsinə Rusiya XİN-nin münasibətini soruşub. 

M.Zaxarova erməni jurnalist məlum sualı səsləndirərkən "məni qorxutmayın" deyərək reaksiya verib. Daha sonra o, Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirak edib-etməməsinin mümkünlüyü barədə suala artıq cavab verdiyini və Rusiyanın bu mövqeyinin sualda qaldırılan məsələyə də aid olduğunu vurğulayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu