Bu cihazla AYI daha dəqiq tədqiq etmək mümkün olacaq – Texnoloji inqilab +Video




"Toyota” hidrogen batareya ilə işləyən yeriyən cihazı daha da inkişaf etdirəcək.

"Sherg.az” "sciencesetavenir.fr”ə (elm və gələcək) istinadən xəbər verir ki,
"Toyota Motor” və Yaponiyanın "JAXA” adlı Kosmik Agentliyi hidrogen batareyalı "Rover” ay cihazını inkişaf etdirmək üçün əməkdaşlıq üzrə müqavilə imzalayıblar.

Bu barədə martın 12-də "JAXA”dan məlumat verilib. Agentlik onu da əlavə edib ki, bu, atmosferi çox az çirkləndirən bir qurğudur.

"JAXA” nın vitse-prezidenti Kioşi Şakata qeyd edib ki, bu yenilənmiş cihaz 2030-cu ildə fəzaya buraxılacaq və bu vasitə ilə ayı daha dəqiq tədqiq etmək mümkün olacaq: " Əsas məqsədimiz odur ki, 2029 –c ildə "Rover”i müvafiq hava məkanına buraxaq. Bu altı təkərdən ibarət bir qurğudur və insan daşıyan avtomobillərə bənzəyir.

Bundan başqa "Toyota”nın vitse-prezidenti Sijeki Teraşi diqqətə çatdırıb ki, onlar bu cihazı daha da inkişaf etdirmək istəyirlər: "Benzinsiz olan yeni proqram imkan verəcək ki, bu cihaz ayı çirkləndirmədən daha aydın tədqiqat aparsın.

Amma "Toyota”nın bu layihəni uğurla başa vuracağına indidən sevinmək çətindir. Hər halda biz o "Rover”i fəzaya qaldırmaq istəyirik”.


Tərcümə etdi: Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu