Çində bir neçə bina çöküb, ölənlər var





Çinin Linfen şəhərində bir neçə yaşayış binasının çökməsi nəticəsində iki nəfər ölüb, daha 17 nəfər isə itkin düşüb.

ONA-nın "TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Çinin şimalındakı Şansi əyalətində baş verib.

Yerli polisin məlumatıngörə, insidentə ötən gün yerli vaxtla saat 18:00-da meydana gələn sürüşmə səbəb olub.

Hadisə yerinə xilasedicilər cəlb olunub, əraziyə gələn idarələrarası hökumət qrupu faciənin nəticələrinin aradan qaldırılması işləri ilə məşğuldur.

Yaxın binaların sakinləri təxliyyə olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu