Terrorçu qırğından sonra ilk dəfə göstərildi




Yeni Zelandiyanın baş naziri Casinda Ardern Kraystçerç şəhərindəki iki məsciddə törədilən terror aktı ilə əlaqəli  biri Avstraliya vətəndaşı olmaqla, üç nəfərin  həbs olunduğunu bildirib. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, baş nazir Ardern, dünyanın müxtəlif ölkələrinə səyahət edən və dekabrda Yeni Zellandiyaya gələn Avstraliya vətəndaşı - terrorçu Brenton Tarrantın bu gün məhkəməyə çıxarılacağını bildirib.

Ölkədə təhlükəsizlik tədbirlərinin üst səviyyə çıxarıldığını ifadə edən Ardern, vətəndaşlardan da şübhəli gördükləri vəziyyətlər barədə dərhal polisə  xəbər vermələrini istədi.


49 nəfərin ölümünə səbəb olan terrorçu Brenton Tarrant qırğından  sonra ilk dəfə göstərilib. "Reuters"in yaydığı şəkildə terrorçunun  etdiyi hərəkətlər diqqət çəkdi.
 
Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu