Malidə naməlum silahlılar 110 çobanı öldürüblər




Malinin Bankas şəhəri yaxınlığında naməlum silahlı şəxslər "fulani" xalqının 110 çobanını öldürüblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə şəhərin meri Mulay Quindo bildirib.

Onun sözlərinə görə, "donzo" ovçuları kimi geyinən naməlum şəxslər Oqassaqu və Velinqara yaşayış məntəqələrinə hücum ediblər: "Ossaqu yaşayış məntəqəsi tam məhv edilib".
Paylaş
Bizi Facebookda izləyin
menu
menu