Xəzərdə balıq ovu kvotası 33 faiz azaldıldı





Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 33 faiz azaldılıb.
ONA-nın məlumatına görə, Nazirlər Kabinetinin 18 mart 2019-cu il tarixli qərarı ilə təsdiqlənən "2019-cu il üçün "Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”sına əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 2 min 327,6 tondur.
Bu, 2018-ci illə müqayisədə 33 faizə qədər azdır. Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənən "2018-ci il üçün Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”sına əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 3 min 455 ton olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu