"Ərdoğan Krımın ilxaqını tanımadığını Putinlə görüşlərdə də deyib" - AKTUAL





"Ərdoğan Krıma səfər etməyəcək və bu da Türkiyə ilə Rusiya arasında münasibətlərə heç bir zərər gətirməyəcək".

Bunu "Sherg.az"a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Ekspert bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Krımın ilxaqını tanımadığını bildirib:

"Bunu Vladimir Putinlə görüşlərdə də deyib. Bir çox məsələlər var, məslən, Dağlıq Qarabağ, Krım, Suriya və s. Bu məsələlərdə Türkiyə ilə Rusiyanın yanaşması diametral şəkildə fərqlidir. Amma bütün bunlar Türkiyə ilə Rusiyanın əlaqələrinə mane olmur. Böyük dövlətlər aralarındakı ziddiyyətlərlə əlaqələri qarşı-qarşıya qoymurlar. Ona görə bu məsələ ətrafında baş sındırmağa dəyməz".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Ərdoğanı Krıma dəvət edib.

İsmayıl
Paylaş
Bizi Facebookda izləyin
menu
menu