Deputat 31 mart soyqırımından DANIŞDI: “Minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetrilib"




"Hər il 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub. Sonrakı dövrlərdə isə həmin torpaqların özgəninkiləşdirilməsi prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orda yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsi altında "Erməni vilayəti” adlandırılan inzibati bölgənin yaradılmasına nail olublar. Süni surətdə yaradılmış bu ərazi bölgəsi, əslində azərbaycanlıların öz tarixi torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsi üçün şərait yaradıb. Azərbaycan torpaqlarında "Böyük Ermənistan” yaratmaq ideyasını reallaşdırmaq üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına başlanıb”.

Bu barədə "Sherg.az”a millət vəkili Rauf Əliyev bildirib. 

Deputat qeyd edib ki, "Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçiriblər:

"Ermənilərin törətdikləri, Bakıdan başlanan kütləvi qırğınlar Azərbaycanı və indiki Ermənistan ərazisindəki azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini əhatə edib. Yüzlərlə yaşayış məntəqələri dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetrilib.

Bu siyasətin qanlı tərkib hissələrindən ən dəhşətlisi 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı öz ağır nəticələri ilə seçilir. 2018-ci ilin mart ayından etibarən silahlı daşnak-bolşevik dəstələri, erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətlərinə görə xüsusi qəddarlıqla qırğına məruz qalmış, insanlar diri-diri yandırılıb, tarixi və mədəniyyət abidələri, məktəblər, xəstəxanalar, məscidlər və qəbiristanlıqlar yerlə yeksan edilib.

31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər yaşayış məntəqələrində kütləvi qırğınlar törədilmiş, 30 mindən çox dinc əhali amansızca qətlə yetirilib. Daha sonra Şamaxı, Quba, Kürdəmir və Səlyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxşıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla azərbaycanlılara qarşı soyqırımı həyata keçirilmişdir. Bu hadisələr zamanı Şamaxıda 70-dən çox kənd tamamilə məhv edilmiş, yeddi min nəfər öldürülüb. Quba qəzasında 122 kənd, Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılmış və yandırılmış, minlərlə günahsız insan, o cümlədən qadın və uşaqlar qətlə yetirilib”.

Parlament üzvü qeyd edib ki, aradan uzun illər keçsədə erməni cəlladlarının törətdikləri o qanlı hadisələr, ağla sığmaz vəhşiliklər unudulmayıb və Azərbaycan xalqı tərəfindən heç bir zaman unudulmayacaq:

"Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olunduqdan sonra tarixi keçmişimizi daha dərindən öyrənmək imkanı yaranmış, uzun illər gizli qalmış həqiqətlər üzə çıxıb.

Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixində imzaladığı "Azərbaycanlıların soyqirimi haqqında” Fərmanla həmin dəhşətli hadisələrə siyasi qiymət verilmişdir. 31 mart "Azərbaycanlıların Soyqırımı Günü” elan edilmiş və hər il dövlət səviyyəsində qeyd olunur. 

2018-ci ildə bu bəşəri cinayyətlər barədə həqiqətlərin ölkə və dünya ictimayyətinə daha dolğun çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən geniş tədbirlər planı həyata keçirilib.

Erməni millətçiləri tərəfindən 1918-ci ildə və daha sonralar o cümlədən XX əsrin axırlarında azərbaycanlılara qarşı törədilmiş bu soyqırımları zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini yad edərək, beynəlxalq hüququn norma və prinsiplərini nəzərə alaraq 31 mart Azərbaycanlıların soyqırımını dövlətlər və beynəlxalq təşkilatlar tərəfindın genosid aktı kimi tanımağa çağırır və soyqırımı törətmiş Ermənistana qarşı sanksiyalar təbiq olunmalı, qaçqın və məcburi köçkünlərin öz ata- baba yurdlarına qayıtmaları təmin olunmalı və günahsız, dinc əhaliyə qarşı soyqırımı həyata keçirən cinayətkarlar ədalət məhkəməsinin qarşısında cavab verməlidirlər”.

Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu