AzTV “Facebook” üzərindən 24 saat canlı yayıma başladı




Azərbaycan Dövlət Televiziyası (AzTV) informasiya texnologiyalarının geniş tətbiqinə start verib.

"Sherg.az"ın xəbərinə görə, televiziya sosial media sahəsində də fəallığını artırıb.

AzTV-nin İnformasiya Proqramları Studiyasının hazırladığı ayrı-ayrı eksklüziv reportajlar, verilişlər sosial şəbəkələrdə yerləşdirilir. İnternet resurslarından istifadə edilməklə televiziyanın "Əsas məsələ”, "Rakurs”, "Günün nəbzi” verilişləri, eləcə də "Nəsillərin debatı”, Muğam müsabiqəsi və digər proqramların tamaşaçı auditoriyası genişləndirilir.
Bu gündən etibarən isə AzTV ilk dəfə olaraq "Facebook” üzərindən 24 saat canlı yayıma başlayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu