Rusiyada tarixçimizdən ermənilərlə bağlı suala TUTARLI CAVAB

Kərəm Məmmədov:"Konfransda ermənilərin öz ağalarının dilində, yəni ya ərəb, ya rus, ya da farsca danışacaqlarını bildirmişdim"
“Amma bu olanlara görə, özümü qəhrəman saymıram. Sadəcə bir azərbaycan ziyalısı olaraq fikrimi deməli idim”






Bu günlərdə Feysbuk sosial şəbəkəsində tarix elmi üzrə fəlsəfə doktoru Kərəm Məmmədovun Rusiyada beynəlxalq elmi konfransda çıxışı ilə bağlı maraqlı status paylaşılıb. Həmin statusda bildirilir ki, tarixçi –alim konfrans zalına daxil olanda bir xanım ona qulaqcıq verir. Buna baxmayaraq K.Məmmədov bu qulaqcıqdan imtina edir:

"-Xanım, mənim buna ehtiyacım yoxdur.
- Müəllim, xarici dillərdə çıxışlar olacaq, bu qulaqcıqla tərcümə ötürüləcək sizə, məsələn, İrandan fars tarixçiləri var
- Qızım, mən farsca çox yaxşı bilirəm, hərbi qulluğum da Əfqanıstanda olub.
- Müəllim, ərəb tarixçiləri də gələcək.
- Mən ərəbcə elmi iş yazmışam.
- Bəs gürcü?
- Borçalıda doğulub, orta məktəbi gürcü məktəbində oxumuşam.
- Deməyin ki, almanca da bilirəm?
- Orta məktəbdə xarici dil almanca idi, təmiz bilməsəm də orta səviyyədə bilirəm.
- Bax, amma mən əminəm ki, ermənicə bilmirsiz, onların da tarixçiləri çıxış edəcək.
- Problem deyil, çünki onlar çıxıb rusca danışacaq. Qul sahibinin yanında ana dilindən istifadə etməz.

"Sherg.az” olaraq tarixçinin özü ilə əlaqə saxlayıb baş verənlərin həqiqətə nə dərəcədə uyğun olub-olmadığını öyrənməyə çalışdıq.

Alim faktı qismən də olsa təsdiq etdi:

"Konfransda Xəzərətrafı bölgələrdə və Yaxın Şərqdə etnik konfliktlər və onun həll edilmə yolları ilə bağlı məsələlər müzakirə edilirdi. Həmin konfrasa 14 ölkənin nümayəndəsi qatılmışdı. Düzdür, etdiyim çıxış bir az təhrif olunmuş formada verilib. 

Çünki konfransda alman dilində çıxışları olduğu yanlış məlumatdır. Ermənilər bir neçə ölkənin nümayəndə heyətinin tərkibində gəlmişdilər. Ərəb, İran və Rusiyanın özündən gələn ermənilər var idi. Konfransda isə ermənilərin öz ağalarının dilində, yəni ya ərəb, ya rus, ya da farsca danışacaqlarını bildirmişdim.

Amma bu olanlara görə, özümü qəhrəman saymıram. Sadəcə, bir azərbaycan ziyalısı olaraq fikrimi deməli idim”.

Yeganə Bayramova

Paylaş
Bizi Facebookda izləyin
menu
menu