Misirdə 2 min ildən artıq yaşı olan MƏZARLIQ... - Tarixi fotolar




Misirin Sohaq vilayətində 2 min ildən artıq tarixə malik məzarlar aşkarlanıb.

« Sherg.az» « sciencesetavenir.fr»ə istinadən xəbər verir ki, bu məzarlıqda mumiyalanmış qadınlar və çoxlu sayda heyvan tapılıb. 

Misirin Qədimilik Nazirliyi bəyan edib ki, bu məzarlığa turistlər də cəlb edə bilərlər : 

« Arxeoloqlar bu məzarlığı inanılmaz kəşf adlandırırlar. Buradakı tapıntılar ptolemaik dövrünə - e.ə 323- 330 cu illərə aiddirlər.

Əl Diabat şəhərində 50 dən artıq mumiyalanmış siçan, su iti və pişik aşkarlanıb. »


Bundan başqa Akmimdə mumiyalanmış qadınlar aşkarlanıb ki, arxeoloqlar onlardan birinin Misirdə yüksək vəzifə sahibi olduğunu iddia edirlər. 

Bu tarixilik və qədimilik bütün dünyanın diqqətini cəlb edəcək. Biz hətta bu qədim mumiyaların saxlanılması və nümayişi üçün 2018-ci ilədə muzeydə inşa etmişik. Və bu cür kəşflərin həmin muzeydə nümayişini düşünürük ».

Tərcümə etdi : Ayyət Əhməd

Paylaş
Bizi Facebookda izləyin
menu
menu