Türkiyə kimi çox az ölkə var: Rusiya barmaqla göstərdi






Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın təzyiqlərə baxmayaraq S-400 zenit-raket komplekslərinin alınması  mövzusunda israrından  məmnun olduqlarını  söyləyib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Peskov "Rossiya-1" televiziya kanalında qatıldığı bir proqramda belə deyib:
"Prinsipial, müstəqil və öz iradəsi ilə hərəkət edən ölkə  barmaqla sayılacaq qədər azdır. Rusiya və Türkiyə bu ölkələr kateqoriyasına aiddir. Həqiqətən  görünməmiş bir şəkildə təzyiq var.  Ərdoğanın sərt və qəti  duruşunu məmnuniyyətlə qarşılayırıq".
Peskov, belə bir duruşun azad və suveren şəkildə dialoq qurmayı təmin edəcəyini vurğuladı.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu