“Yazıçı” dərgisinin aprel sayı Məhəmməd Füzuliyə həsr edilib





"Yazıçı” dərgisinin aprel ayında işıq üzü görmüş sayı Azərbaycanın, eləcə də türk dünyasının dahi şairi Məhəmməd Füzuliyə həsr edilib.

"Sherg.az” xəbər verir ki, dərgidə Rəsul Rza, Həmid Araslı, Anar, Yaşar Qarayev, Ramiz Rövşən, Mir Cəlal, Vaqif Bayatlı, Sabir Rüstəmxanlı, Kamal Abdulla, Kamil Vəli, Rafael Hüseynov, İsa Həbibbəyli, Əsəd Cahangir, Xanəmir Telmanoğlu, Ayişə Nəbi, Fuad Qasımov, Teymur Kərimli, Aqşin Yenisey, Zəlimxan Yaqub, Nəsib Cümşüdoğlu, Ayaz Vəfalı, Paşa Əlioğlu, Ramil Quliyev, Cənnət Nağıyeva, Hikmət Məlikzadə, Sabir Əliyev, Ata Terzibaşı, Gönül Ayan, Nazif Şahinoğlu, Vərağa Almazov, Elman Cıvıroğlu, Azər Abdullanın böyük şairə həsr etdiyi esse, məqalə və şeir nümunələri yer alıb. Rəssam və tişə ustalarının ölməz şairə ithaf etdiyi bənzərsiz bədii sənət əsərləri dərginin səhifələrinə ayrıca dəyər qatıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu