Ermənistanda intihara cəhd edən hərbçi öldü




Ermənistanın paytaxtı Yerevan yaxınlığındakı hərbi hissələrdən birində intihara cəhd edən hərbçi Narek S. ölüb.

"News.am” portalının məlumatına görə, 24 yaşlı hərbi qulluqçu aparıldığı xəstəxanada keçinib.

Onun özünə qəsd etdiyi təsdiqlənib. Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu