"Başqanlarımız xərclədikləri hər qəpiyin hesabını millətə verəcəklər" - Kamal Kılıçdaroğlu

"Bələdiyyələrdə çalışanların ən aşağı məvacibi 2 min 200 lirə olacaq”



 Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu bələdiyyə seçkilərinin sonuncu nəticələri ilə bağlı açıqlama verib. Partiya rəhbəri bildirib ki, əgər birlikdə yaşamaq istəyiriksə, o zaman bir araya gəlməyi bacarmalıyıq:

 "Seçkidə ümumən müvəffəqiyyət qazandıq, amma Bursa və Zonquldaqda istəyimizə nail ola bilmədik. Bursa içimdə yaradır. Görünür, xətalarımız olub ki, namizədlərimiz qalib ola bilmədi. Əlbəttə, xalqı ittiham etmirik. Əgər əskiklik varsa, bizimdir. Həmin yerlərdə böyük mitinq keçirə bilmədik. Qeyri-hökumət təşkilatları və yerli ictimaiyyətlə toplantılar keçirmədik. Ancaq biz təbliğat boyunca etik yanaşmadan kənara çıxmadıq. Rəqiblərimiz isə bizə qarşı ağla gəlməyən tənqidlər, təhqirlər etdilər. Hətta bizə "terrorçu” dedilər”.



"Qazandığımız bələdiyyələrdə minimum əmək haqqı  2 min 200 lirə olacaq”

Kılıçdaroğlu CHP-nin əsas vəzifəsinin bundan sonra başladığını deyib: 

"Bələdiyyə başqanlarımız artıq hər kəsin bələdiyyə başqanıdır. Başqanlarımız xərclədikləri hər qəpiyin hesabını millətə verəcəklər. Bələdiyyənin idarəetməsində "partizanlıq” deyil, ləyaqət və peşəkarlıq əsas götürüləcək. Artıq bələdiyyə başqanlarımız minimum əmək haqqının artırılması üçün hazırlıq görürlər. Bələdiyyələrdə çalışanların ən aşağı məvacibi 2 min 200 lirə olacaq”.

"Seçimi qazanan şəxslərə başqanlıq vəsiqələri  vaxtında verilməlidir”

CHP sədri bir məsələyə də xüsusi diqqət çəkib:

"Əgər bunu deməsəm, demokratiya adına böyük ayıb olar. Müxtəlif işlərdə çalışan bir sıra şəxslər inzibati məsələlərdən dolayı məhkəmə qərarı ilə vəzifədən çıxarılıblar. Həmin şəxslərdən bəziləri bələdiyyə başqanlığına namizəd olub və seçkidə qələbə qazanıblar. Amma YSK onlara başqanlıq vəsiqəsi verməkdən imtina edib. Mən YSK-ya səslənirəm və deyirəm ki, onların seçkiyə qatılmasına siz özünüz icazə vermisiniz. İndi niyə onların qələbəsini tanımırsız? Elə əvvəldən icazə verməzdiniz, məsələ həll olunardı. İcazə verildikdən və seçkidə qalib olduqdan sonra CHP-nin bələdiyyə başqanlarına vəsiqə verilməməsi qətiyyən doğru deyil. Biz demokratiyanı müdafiə etməyə borcluyuq. Bunu sadəcə özümüz üçün deyil, Türkiyə üçün edirik. YSK qərarını yenidən gözdən keçirməlidir”.

"Türkiyə hökuməti daha önəmli məsələlərə yönəlməlidir”


Kamal Kılıçdaroğlu Türkiyədə seçkilərin artıq başa çatdığını söyləyib:

 "Seçki prosesi başa çatıb. Türkiyənin seçki müzakirələrindən sürətlə çıxması lazımdır. Çünki iqtisadiyyatda və siyasətdə yaşanan problemlər birbaşa vətəndaşın sosial vəziyyətinə təsir edir. İqtisadiyyatda ciddi kriz yaşanır, işzislərin sayı 8 milyonu keçib. Bu böhrandan çıxmaq haqqında fikirləşməliyik. Siyasi rəhbərliyin düşünməsi lazım olan əsas məsələ budur. Günü qurtarmaq üçün həyata keçirilən iqtisadi siyasət heç kimə fayda verməz. Saray bürökratiyası ilə problemi çözmək mümkün deyil. Hökumətin inkişaf planı yoxdur”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu