Asta sür avtobusu, amandı, sürücü... !

“Avtobusda sərnişinlərin yıxılması halları artıb. Çünki bəzi sürücülər, piyadalar və nəqliyyat vasitələri ilə bağlı xoşagəlməz hadisələr çoxdur”



Bakı Nəqliyyat Agentliyi (BNA) "Yol həyatdır!” devizi altında yeni layihənin icrasına başlayıb. Layihə çərçivəsində müxtəlif aksiyaların keçirilməsi, yol hərəkəti təhlükəsizliyi qaydalarına dair videoçarxların, posterlərin hazırlanması və yayımlanması nəzərdə tutulub.

Yeni layihə ilə bağlı "Sherg.az”a danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, "2019-2023-cü illər üzrə Dövlət Proqramında” əsas məqsəd kimi yol hadisələrinin azaldılması qeyd olunub.

Ekspert bildirib ki, yol nəqliyyat hadisələri həm sürücülər, həm piyadalar, həm də sərnişinlər tərəfindən pozula bilir:

"Son zamanlar avtobusda sərnişinlərin yıxılması halları artıb. Çünki bəzi sürücülər, piyadalar və nəqliyyat vasitələri ilə bağlı xoşagəlməz hadisələr çoxdur. Bunun da əsas səbələrindən biri əhalinin yol hərəkəti qaydalarını bilməməsidir. Ona görə də ilk növbədə əhalinin maarfilənməsi lazımdır. Hər bir insanın davranışında intellektual davranış deyilən bir model var. Yəni, insan görür ki, başqaları necə hərəkət edir, özü də ona uyğunlaşır. Elə adamlar da var ki, bu davranışları götürmür”.

Ekspert BNA-nın yeni layihəsini təqdirəlayiq hesab edir:

"Çünki əvvəllər DYP də bu məsələlərə nəzarət edirdi. İndi isə paralel olaraq məsuliyyət BNA-nın üzərinə düşür. Çünki agentlik işıqforların nizamlanmasına, yol hərəkəti qaydalarında müəyyən dəyişikliklərin edilməsinə köməklik göstərməlidir. Əsas odur ki layihə kompaniya xarakterli olmasın. Elə bir forma yaradılmalıdır ki, videoçarxlar çox gözəl və insanı düşündürən formada hazırlansın. Çünki bəzən videolar çox sadə və primitiv formada hazırlanır və bu zaman insanı ikrah hissi bürüyür. 

BNA yeni videoları hazırlayarkən yol hərəkətinin hazırkı standartlara uyğun olmasını nəzərə almalıdır. Məlumdur ki, Bakı şəhərində Formula 1 yarışları keçirilir. Mərkəzi hissədə müəyyən dəyişikliklər edilir. Bütün bunlar da yeni layihədə xatırlanmalıdır. Yol nəqliyyat hadisələri ilk növbədə insan amilinin üzərinə qurulur. Məhz buna görə də yeni layihənin xoşagəlməz halların qarşısına alacağına inanıram”.

Yeganə Bayramova

Paylaş
Bizi Facebookda izləyin
menu
menu