14 yaşlı qıza hücum edən şəxs YAP-ın üzvü deyil - RƏSMİ




Bu gün bəzi saytlar və sosial şəbəkələrdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı Sənaya hücum edilməsi barədə xəbərlər yayılmaqdadır. 

SİA-nın xəbərinə görə, Əli Kərimli və onun ətrafı tərəfindən yayılan məlumatlarda 14 yaşlı qıza hücum edən şəxsin, yəni Tural Qarayevin Yeni Azərbaycan Partiyasının üzvü olması ilə bağlı fikirlər bildirilir. Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasından SİA-ya verilən məlumatda xəbərlərin yanlış olduğu və Tural Qarayevin YAP üzvü olmadığı bildirilib

Paylaş

Bizi Facebookda izləyin
menu
menu