Qorxulu “Kolera” epidemiyası... – 3 ayda 300 nəfər ölüb - Fotolar





2016-cı ildən bəri Yəməndə yayılan dəhşətli "kolera” epidemiyası qarşısıalınmaz vəziyyətə çatıb.

"Sherg.az” "courrierinternational.com”a istinadən xəbr verir ki, artıq Yəmən Səhiyyəsi də vəziyyətin gərginləşməsini nəzərə alaraq həyəcan təbili çalıb. Bu ölkənin Səhiyyə qurumundan bildirilib ki, Yəmən qorxulu bir epidemiya ilə üz-üzə qalıb:

"Son 3 ayda bu xəstəliklə bağlı 137 mindən çox adam müraciət edib ki, onlardan 300-ə yaxını ölüb”.

"The Guardian” da təsdiq edir ki, hər gün ən azı 2 min nəfər bu epidemiya üzündən xəstəxanaya yerləşdirilir. Bu da ilin başlanğıcı ilə müqayisədə iki dəfə çoxdur. 

Bu xəstəliyə yoluxanların dördə biri isə 5 yaşdan aşağı olan uşaqlardır.

Tərcümə etdi: Ayyət Əhməd

Paylaş
Bizi Facebookda izləyin
menu
menu