Səhvən iqtidar partiyasına səs verdiyi üçün barmağını kəsdi





 Hindistanda parlament seçkilərində maraqlı hadisələr yaşanır. Pavan Kumar adlı seçici simvolları qarışdırıb səhvən iqtidar partiyasına səs verdiyi üçün işarət barmağını kəsib.

Sherg.az xarici media istinadən xəbər verir ki, Hindistanda 11 apreldə başlayan seçkilərdə Pavan Kumar adlı seçici, cümə axşamı günü səs vermək üçün məntəqəyə gedib. Pavan partiyların simvollarını qarışdırıb və səhvən iqtidardakı Hindistan Xalq Partiyasına səs verib.

25 yaşlı Kumarın sol əlinin bir barmağı kəsilmiş, sarıqlı halda fotosu ölkədə gündəm olub. Hər namizədin yanında simvollar olduğunu söyləyən Kumar, "Fil üçün səs vermək istədim, amma demə səhvən çiçək üçün səs vermişəm. Bu səhvi özümə bağışlamadım,  barmağımı kəsdim" deyib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu