Alim haray çəkdi: “Əvvəl üstümüzə tüfənglə gəlirdilər, indi nərmə-nazik oğlanlarla..."

Əhməd Qəşəmoğlu:“ Sanki mənəviyyatımız, əxlaqi dəyərlərimiz döyüş meydanında zərbə altınadır”
“Harada ki mənəvi dəyərlər sıxışdırılır həmin ölkədə gərginliklər, əxlaqsızlıqlar, kriminallar yaşanır”








"Azərbaycanda fahişəliyin yayılması hər zaman müxtəlif dairələrin maraq mərkəzində olub”.

Bu sözləri "Sherg.az”a açıqlamasında sosioloq-alim Əhməd Qəşəmoğlu deyib.

Sosioloq qeyd edib ki, hər bir xalqa təsir etmək üçün ilk olaraq həmin xalqın mədəniyyətini zəiflətmək kifayətdir:

"Bütün bunlar sosial psixologiyada və elmi ədəbiyyatda tamamilə əsaslandırılıb. Təbii ki, mədəniyyətin zəifləməsində ən mühüm rolu mənəviyyat oynayır. Hər zaman bunu ürək ağrısı ilə demişəm- biz elə bilirik ki, müharibəni yalnız Qarabağda aparmışıq. Amma müharibə Qarabağdan çox mənəvi aləmimizlə, mədəniyyətimizlə aparılıb. Əvəllər düşmən topla, tüfənglə gəlirdi, indi isə nərmə-nazik oğlan və qızla gəlirlər. 

Diqqət mərkəzində olan məsələlərdən biri millətin əxlaqına təsir edən amillərdir. Azərbaycan xalqının mentaliteti, mənəviyyatı elədir ki, onun indiyə qədər tarixdə duruş gətirməsi ailə modelimizlə bağlıdır. Təəssüf ki, bu mübarizədə ailələrə, mənəviyyata, əxlaqa zərbələr vurulur.
20 il bundan əvvəl Azərbaycanda pornoqrafik qəzetlər yayılmağa başlamışdı. Əvvəllər bu qəzetləri oxumağa eyib bir iş kimi baxırdım. Sonra təsadüfən oxudum və başa düşdüm ki söhbət nədən gedir. Bu qəzetlərin fəaliyyəti ilə bağlı ulu öndər Heydər Əliyevə məktub yazmışdım. Bundan sonra həmin qəzetlər yığışdırılmağa başladı. Buna baxmayaraq hazırda sosial şəbəkələrdə, internetdə əxlaqsızlığı təbliğ edən çoxsaylı materiallar var”.

Sosioloqun sözlərinə görə, sanki mənəviyyatımız, əxlaqi dəyərlərimiz döyüş meydanında zərbə altınadır:

"Hər zaman haray çəkirəm ki, ölkəmizdə humanitar siyasət ciddi şəkildə dəyişdirilməlidir. Əxlaqsızlığın təbliği yalnız mənəviyyatımıza və mədəniyyətimizə deyil, digər məqamlara da zərbə vurur. Ölkədə baş verən xoşagəlməz hadisələrin əksəriyyəti mənəvi dəyərlərə olan münasibətlə bağlıdır. Mənəvi dəyərlər öndə olanda cəmiyyətdə neqativ hallar öz-özünə tənzimlənir. Harada ki mənəvi dəyərlər sıxışdırılır həmin ölkədə gərginliklər, əxlaqsızlıqlar, kriminallar yaşanır”.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa ölkəmizdə fahişəxanaların baş alıb getdiyini, otellərdə və digər obyektlərdə əxlaqsızlığın hökm sürdüyünü deyib. Deputatın sözlərinə görə, əxlaqsızlığı təbliğ edən şəxslərin ayrı-ayrılıqda öz himayəçiləri var.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu