İran Azərbaycana birgə layihələrlə bağlı komitə yaratmağı təklif edib





İran Azərbaycana birgə layihələrlə bağlı məsələlərin həlli üçün komitə yaratmağı təklif edib.

Trend-in məlumatına görə, bu təkliflə İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani çıxış edib.

Nazir bildirib ki, bu cür komitənin yaradılması iki ölkə arasında münasibətlərin inkişafında növbəti mərhələ olacaq.

R.Rəhmani iki ölkə arasında münasibətlərin inkişafının intensivliyini qeyd edib və bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyindən əminliyini ifadə edib.

Onun sözlərinə görə, birgə layihələrə investisiyalar hər iki ölkəyə böyük xeyir gətirəcək.

Nazir, xüsusilə "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Qəzvin-Rəşt-Astara dəmir yolunun açılışının vacibliyini vurğulayıb.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu