Ronaldo “Yuventus”dan gedir?





Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldo İtaliyanın "Yuventus” klubunu tərk etməyəcək.

ONA-nın məlumatına görə, bunu hücumçu ilə yaxın münasibətləri olan portuqaliyalı jurnalist Edu Aqirre açıqlayıb.

O bildirib ki, K.Ronaldonun yayda Turin təmsilçisindən ayrılacağı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. E.Aqirre 2022-ci ilin yayınadək müqaviləsi olan futbolçunun klubunu vaxtından tez dəyişmək barədə düşünmədiyini söyləyib.

K.Ronaldo "Yuventus”da qalsa da, komandada ciddi islahatlar olacağı bildirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu