Avtomobil yol ayrıcına çırpıldı - Sürücü hadisə yerində ölüb




Aprelin 19-da saat 7 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində Ramin Məmmədov idarə etdiyi "Lada Priora” markalı avtomobili yol ayırıcısına vurub.

Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu