“5-ci kolon” çirkin məqsədinə çata bilməyəcək – “Anti-Azərbaycan qüvvələri ölkə ictimaiyyəti rədd edir”





Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadi gücünün artması, əhalinin sisial rifahının yüksəlməsi, ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilməsi bəzi dairələri narahat edir.
Ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin xalqın maraqlarına xidmət etməsi danılmaz faktdır. Son 15 ildə Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevrilib. Mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılamsı ölkəmizin strateji mövqelərini daha da gücləndirib. Dövlət başçısının sosial sahədə atdığı mühüm addımlar əhalinin rifahının yüksəlməsinə səbəb olub.

Bu siyasətin nəticəsində Azərbaycan öz müstəqil siyasəti ilə dünyada, beynəlxalq münasibətlər sistemində böyük nüfuz qazanıb. Dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri, bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan bir çox Avropa İttifaqı ölkələri ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir, Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin hazırlanması artıq yekun mərhələyə qədəm qoyub.

Bu il Azərbaycan dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edəcək ki, bud a ölkəmizin gücünün göstəricisidir.

Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük etimad göstərir, rəğbət bəsləyir, onun siyasətini tam dəstəkləyir. "Opinion Way” şirkətinin bu yaxınlarda keçirdiyi sorğu da bunu bir daha təsdiq etdi.

Əlbəttə ki, bu durum Ermənistanı, xüsusən də erməni lobbisini, xaricdəki bəzi anti-Azərbaycan qüvvələri ciddi narahat edir. Bu qüvvələr Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün zaman-zaman, xüsusilə böyük tədbirlər ərəfəsində çirkin kampaniyalar təşkil edirlər.

Onların sifarişlərini yerinə yetirən "Trensparency İnternational”, "Amnisty İnternational”, OCCRP və digər bu kimi qurumlar ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməyə, ölkə daxilində "5-ci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər.

Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsindən, habelə qarşıdan gələn dövrdə Azərbaycan bir sıra mühüm tədbirlərə ev sahibliyi edəcəyindən, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanacağından, Azərbaycanıa Aİ arasında strateji tərəfdaşlıq sazişinin imzanayacağından, ölkəmizin Qoşulmama hərəkatına sədrlik edəcəyindən ciddi narahat olan həmin qüvvələrin artıq ölkəmizə, onun rəhbərliyinə qarşı növbəti qarayaxma kampaniyası həyata keçirəcəyi ehtimal olunur. Avropa Şurasında bu yaxınlarda qəbul olunmuş qətnamə bunu bir daha sübut edir.

Məsələ ilə bağlı "Sherg.az”a danışam siyasi icmalçı Qabil Hüseynli deyib ki, anti-Azərbaycan fəaliyyəti göstərən təşkilarlar, insanlar zaman-zaman ölkəmizə, ölkə rəhbərliyinə qarşı qarayaxma kampaniyası aparıblar:

"Təbii ki güclənən, Qafqazın lideri olan Azərbaycanı gözü götürməyən qüvvələr var. Bunlar hər zaman iftira atmaqla, qərəzli mövqe sərgiləməklə, ölkəmizə çamur yağdırmaqlam məşğul olublar. Onların da arxasında Azərbaycanın inkişafını qəbul edə bilməyən, həzm edə bilməyən qüvvələr dayanır. Bu qüvvələr də, 30 ildir torpaqlarımızı işğalda saxlayan Ermənistana havadarlıq edənlərdir. Erməni lobbisinin göstərişi ilə oturub-duran bəzi qərəzli beynəlxalq təşkilatlar bu cür qarayaxma ilə məşğuldurlar. Güclənən Azərbaycanı istəməyən kimdir? Tənii ki, düşmən, işğalçı Ermənistan və bu işğalçılığa dəstək verən erməni lobbisi”.

Politoloq təəssüflə qeyd edib ki, erməni lobbisinin göstərişi ilə Azərbaycan daxilindəki bəzi anti-Azərbaycan mövqeli azərbaycanlılar da var:

"Hansı ki o şəxslər müəyyən pul müqabilində ölkəmizin milli maraqlarını satmağa hazırdırlar. "5-ci kolon” olan bu qüvvələr zaman-zaman erməni lobbisinin təsiri ilə qərəzli mövqe nümayiş etdiriblər. Amma hər dəfə onlar uğursuzluğa düçar olublar. Çünki Azərbaycan xalqı müdrik xalq olaraq onların iftiralarını birmənalı şəkildə rədd edərək, ölkəmizə qarşı çirkin kampaniyalara qoşulmayıb. Xalq hazırkı İlham Əliyev iqtidarını dəstəkləyir, hökumətin atdığı addımları, social-iqtisadi islahatları təqdir edir. Xalq rifahının yaxşılaşdığını hiss edir, ölkəmizin güclənməsini hiss edir. Belə olan halda, hansısa xarici qüvvələrin, daxildəki adamların qərəzli çağırışlarına heç zaman dəstək verməyəcək. Həmişəki kimi onlar yenə də məqsədlərinə nail ola bilməyəcəklər”.

Göründüyü kimi, Azərbaycan ictimaiyyəti, cəmiyyət xarici anti-Azərbaycan və daxildəki "5-ci kolon”un bu cəhdlərinin arxasında hansı maraqların durduğunu yaxşı bilir. Buna görə də bu cür kampaniyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün olmayıb və olmayacaq. Azərbaycan ictimaiyyəti bu qüvvələrin bütün iddialarına layiqli cavab verəcək.

Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu