Notr-Dam kilsəsində yaşayan 200 min arı sağ qalıb





Fransanın paytaxtı Parisdə Notr - Dam kilsəsində baş verən yanğından kilsənin damında yaşayan 200 minə qədər arıların sağ qaldığı bildirilib.

Parisdə arı sayını artırmaq məqsədiylə 2013-cü ildən başladılan proyekt daxilində kilsənin damında bəslənən arılara baxıcılıq edən Nicolas Geant, yanğında öldüyü sanılan arıların vəziyyətlərinin yaxşı olduğunu söyləyib. Geant, arı şanlarının yanğında heç bir zərər görmədiyini ifadə edib.
"Associated Press”ə danışan Geant yanğın zamanı şanların yanmasından narahatlıq keçirdiyini, ancaq tüstünün arılara təsir etmədiyini söyləyib.

Karbon 4 oksidin arıları öldürmədiyini, yalnız gicələk saldıqlarını söyləyən Geant, Avropa arılarının təhlükə hiss etdikləri zaman yuvalarında çıxmadıqlarını və Kraliça Arını qorumaq üçün şanıda qaldıqlarını bildirir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu