“Azərbaycanın dünyaya çıxması "qara qüvvələr"i narahat edir” - Deputat





Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadi gücünün artması, əhalinin sisial rifahının yüksəlməsi, ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilməsi bəzi dairələri narahat edir.

Ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin xalqın maraqlarına xidmət etməsi danılmaz faktdır. Son 15 ildə Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevrilib. Mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılamsı ölkəmizin strateji mövqelərini daha da gücləndirib. Dövlət başçısının sosial sahədə atdığı mühüm addımlar əhalinin rifahının yüksəlməsinə səbəb olub.

Bu siyasətin nəticəsində Azərbaycan öz müstəqil siyasəti ilə dünyada, beynəlxalq münasibətlər sistemində böyük nüfuz qazanıb. Dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri, bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan bir çox Avropa İttifaqı ölkələri ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir, Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin hazırlanması artıq yekun mərhələyə qədəm qoyub.

Bu il Azərbaycan dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edəcək ki, bud a ölkəmizin gücünün göstəricisidir.

Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük etimad göstərir, rəğbət bəsləyir, onun siyasətini tam dəstəkləyir. "Opinion Way” şirkətinin bu yaxınlarda keçirdiyi sorğu da bunu bir daha təsdiq etdi.

Əlbəttə ki, bu durum Ermənistanı, xüsusən də erməni lobbisini, xaricdəki bəzi anti-Azərbaycan qüvvələri ciddi narahat edir. Bu qüvvələr Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün zaman-zaman, xüsusilə böyük tədbirlər ərəfəsində çirkin kampaniyalar təşkil edirlər.

Onların sifarişlərini yerinə yetirən "Trensparency İnternational”, "Amnisty İnternational”, OCCRP və digər bu kimi qurumlar ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməyə, ölkə daxilində "5-ci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər.

Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsindən, habelə qarşıdan gələn dövrdə Azərbaycan bir sıra mühüm tədbirlərə ev sahibliyi edəcəyindən, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanacağından, Azərbaycanıa Aİ arasında strateji tərəfdaşlıq sazişinin imzanayacağından, ölkəmizin Qoşulmama hərəkatına sədrlik edəcəyindən ciddi narahat olan həmin qüvvələrin artıq ölkəmizə, onun rəhbərliyinə qarşı növbəti qarayaxma kampaniyası həyata keçirəcəyi ehtimal olunur. Avropa Şurasında bu yaxınlarda qəbul olunmuş qətnamə bunu bir daha sübut edir.

Məsələyə münasibət bildirən millət vəkili, tarixçi- alim  Fəzail İbrahimli "Sherg.az”a açıqlamasında qeyd edib ki, Azərbaycanı sevməyən qüvvələr var. Azərbaycanın ümumi inkişafına mane olmağa cəhd edən dövlətlər mövcuddur:

"Azərbaycana qarşı münasibətlərində yenə də imperiya ambisiyasını yaşadan insanlar var. Azərbaycan dünyanın diqqətini çəkə biləcək hər hansı möhtəşəm və mötəbər addımlar atdıqda həmin qüvvələr narahat olmağa başlayır. Onlara bu işdə Azərbaycanın içindən dəstək olan anti-Azərbaycan qüvvələr də var. İçimizdə bəzi "denikinlər" var ki, xaricdən dəstəklə yaşayırlar. Onların genetik kodunda anti-Azərbaycan düşüncələri, qanı yaşayır. Onlar xarici qüvvələrə belə məsələlərdə daim kömək edir, onlara saxta informasiyalar verirlər. Azərbaycanın dünyaya çıxması, daha çox tanınması, sayılması, qəbul edilməsi, dövlət kimi bütün dünyanın diqqətini cəlb etməsi həmin "qara qüvvələr" narahat edir. "Amnesty International" və digər təşkilatların məlum yanaşmaları da həmin narahatlığın təzahürüdür”.


Millət vəkili hesab edir ki, beynəlxalq qeyri-hökumət təşkilatlarının, habelə onların əlində alətə çevrilən yerli qrupların ölkəmizə qarşı qarayaxma və şəratma kampaniyası xeyli intensivləşib:

Azərbaycanda görülən işləri yüksək qiymətləndirilməsi Azərbaycanın inkişafını həzm edə bilməyən həmin qüvvələrin yuxusuna haram qatıb. Azərbaycan inkişafından narahat olan qüvvələr qərəzli məqsədlərini reallaşdırmaq istəyirlər.

Həmin qüvvələrin istəklərini reallaşdırma əmsalı sıfıra bərabərdir. Onların məqsədi ilk növbədə Azərbaycanın müstəqil siyasətinə öz iradələrini qəbul etdirmək, ölkəmizin imicini ləkələməkdir. Xarici dairələr və yerli qruplar ölkəmizə qarşı təxribat xarakterli fəaliyyətlərini ört-basdır etmək üçün ənənəvi "örtükdən” – "Demokratiya pərdəsi”ndən istifadə edirlər. Nəticəmiz isə sadə və məntiqidir.

Deputatın qənaətincə, Azərbaycana qarşı qarayaxma kampaniyası keçirən müxtəlif qüvvələrin arzularına çatmaq imkanları sıfıra bərabərdir:

"Səbəbi isə aydındır. Azərbaycanda belə eksperimentlər üçün münbit şərait yoxdur. Çünki ölkəmiz sürətlə inkişaf edir, siyasi və iqtisadi sabitlik hökm sürür. Multikulturalizm həyat tərzinə çevrilib. Ən başlıcası, xalq-hakimiyyət vəhdəti var. Xalq Prezidentini sevir, Prezident də xalqının bu etimadını yalnız milli maraqlara söykənən müstəqil siyasəti ilə doğruldur. Bizi həm güclü edən, həm də təzyiq tərəfinə çevirən əsas amil bununla bağlıdır. 

Bu, təkzibedilməz reallıqdır. Digər reallıq isə ondan ibarətdir ki, öz çirkin siyasətləri ilə demokratiya və insan haqları kimi bəşəriyyətin uzun mübarizə nəticəsində əldə etdiyi tarixi dəyərləri cılız korporativ maraqlar naminə ucuzlaşdıran həmin qüvvələr tarixdə bütöv, tam yox, bir epizod, bir fraqment, bir ləkə kimi qalacaqlar. Ölkə daxilindəki anti-milli qüvvələr "5-ci kolon” funksiyasını həyata keçirirlər. Lakin bir daha qeyd edirəm ki, onların istəyinin reallaşması sıfıra bərabərdir”.

Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu