DƏHŞƏT ! 19 yaşlı qızı zorlayıb, sonra yandırdılar – Məktəb direktorunun “əl”i var - Fotolar





Banqladeşdə seksual zorakılığa məruz qalan 19 yaşlı xanım məktəb direktorunun əmri ilə yandırılıb.

"Sherg.az” "lexpress.fr”ə istinadən xəbər verir ki, bu hadisə sözügedən ölkəni silkələyib. Belə ki, bu ölkənin Dəkkə şəhərində xanımlar toplaşaq 19 yaşlı Nüsrət Cahan Rafinin direktorun əmri ilə yandırılması hadisəsinə etirazlarını ifadə ediblər. Və polisdən ədalətli addım ataraq günahkarla ağır cəzalar tələb ediblər.

Ölkənin baş naziri Şeyx Hasina isə nümayişçilərin qarşısına çıxaraq vəd verib ki, bu qətli törədənlər ədalət qarşısında mütləq cavab verəcəklər.

Yazıda qeyd olunur ki, N.C.Rafinin təhsil aldığı islam məktəbininin damına çıxarılıb. Ona təcavüz edənlər ondan cinsi zorakılığa məruz qalmasına dair polisə etdiyi şikayətini geri götürməyi tələb ediblər. N.C.Rafi isə bu tələbi rədd edib. Bundan sonra gənc xanımın üstünə atəşə verilmiş kerosin püskürdüb, yandırıblar.

Polis zabiti Məhəmməd İqbal deyib ki, bu hadisə ilə bağlı 17 nəfər saxlanılıb. Həmin şəxslərin içərisində məktəb direktoruna yaxınlığı ilə tanınanlar və sinif yoldaşları var:

"Onlar N.C. Rafiyə şikayətini geri götürməsi üçün təzyiqlər göstəriblər. Onu öldürəcəkləri ilə hədələyiblər. O isə bu təhdidləri rədd edib. Onsdan sonra onu şərflə asaraq üzərinə atəşə verilmiş kerosin püskürdüblər. Sonra isə izi itirmək üçün onun əl və ayaqlarını açıblar, boğazına da yeni bir şərf bağlayıblar ki, guya özünə qəsd edib.

Polis zabiti onu da diqqətə çatdırıb ki, N.C. Rafinin bədəninin 80 faizi yanıb, məhz ona görə də aprelin 10-da xəstəxanada dünyasını dəyişib.

N.C.Rafinin qardaşı Mahmudul Həsən Noman mətbuata açıqlamasında bildirib ki, direktorun yaxın ətrafı onun ailəsinə həmin şikayəti geri götürməsi ilə bağlı təzyiq göstərib:"Onlar söyləyirdilər ki, bu yandırılma deyil, bir sui-qəsddir və məktəb direktoruna qarşı hazırlanmış bir uydurma əməldir”.

Tərcümə etdi: Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu