Boinq təyyarələri ilə bağlı ŞOK İDDİA – Tez istehsal olunsun deyə, problemlər gözardı edilir





ABŞ-ın təyyarə istehsalçısı Boinqin "787 Dreamliner” təyyarəsinin "insanların həyatını təhlükəyə atacaq, sadəcə görünüşcə gözəl” olduğu iddia edilib.
"Sherg.az” xarici KİV-ə istinadən bildirir ki, "New York Times” qəzeti yüzlərlə səhifə şirkətiçi yazışmalatı əldə edib. Qəzet, Boinqin hazırkı və keçmiş mühəndisləri ilə müsahibələri əsasında məqalə dərc edib. Məqalədə vurğulanır ki, təyyarə istehsal edilən fabrikdə keyfiyyətə yox, daha çox istehsal tezliyinə diqqət edilir.

Təyyarələrin istehsalında gecikmələrlə üz-üzə qalan Boinqin işçilərindən istehsalı daha tez başa çatdırmaq tələb olunur. Bu halda da təyyarələrdə olan xırda problemlər zaman darlığından gözardı edilir ki, bu da sonucda qəzalarda rol oynayır. Məqalədə qeyd olunub ki, "787 Dreamliner” təyyarəsində çoxlu problemlər var.

"787 Dreamliner”in Şimali Çarliston fabrikində istehsal edildiyi təyyarələrin təhlükəsizliyi ilə bağlı problemlər dünyadakı hava yolları şirkətlərinin və menecerlərin diqqətindən yayınmayıb. Qəzetin yazısında qeyd olunur ki, Qətər Hava Yolları şirkəti istehsaldakı problemlər səbəbilə təslimatların gecikməsindən sonra şirkətdən təyyarə idxalını dayandırıb.

Şirkətin Şimali Çarlıstob fabrikində çalışan Yosef Klayton adlı mühəndis deyib ki, istehsal olunan təyyarələrdə doğrudan da problemlər olur ki, bunlar da təhlükəli sayılır.

Yazıda fikirlərinə yer ayrılan Boinq təyyarələrinin satış müdiri Kevin Makallister isə Cənubi Korolinadakı fabrikdə tarixdəki ən yüksək keyfiyyətə malik istehsalın olduğunu söyləyib.

"New York Times”in yazısında, "787 Dreamliner”in istehsal olunduğu Cənubi Korolinadakı fabrikdəki təhlükəsizliklə bağlı əsaslı dəlil əldə edilmədiyi, təyyarə qəzasına rast gəlinmədiyi də qeyd edilib.

Qeyd edək ki, Boinq "737 Max 8” tipli təyyarələrin son 6 ayda 2 böyük qəza etməsi, bu şirkətin təyyarələrinin təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsinə yol açıb. Belə ki, Efiopiya Hava Yollarına aid Boinq "737 Max 8” tipli sərnişin təyyarəsi martın 10-da Əddə-Əbəbədən Keniyaya getmək üçün havaya qalxdıqdan az sonra qəzaya uğradı. Qəza nəticəsində təyyarədə olan 157 insan həlak oldu.

İndoneziyada isə Lion Hava Yollarına ait "JT 610" səfər saylı Boinq "737 Max 8” tipli təyyarə ötən ilin oktyabrın 29-da Cakartadan Sumatra adasına getmək üçün havaya qalxdıqdan bir müddət sonra qəzaya uğrayıb. 189 nəfərin ölümü ilə nəticələnən hadisə, bu tipli təyyarələrin ilk qəzası olaraq tarixə düşdü.
Efiopiyadakı qəzadan sonra isə, aralarında türkiyə, Çin, Efiopiya, İngiltərə, Almaniya, Fransa, Hollandiya, Avstriyanın da olduğu bir çox ölkə Boinq "737 Max” tipli təyyarələrin uçuşunu müvəqqəti olaraq dayandırıb, hava yollarını bu uçuşlara bağlamışdı.

Anar

Paylaş
Bizi Facebookda izləyin
menu
menu