Şri-Lankada səkkizinci partlayış baş verdi




Şri-Lankada gün ərzində sayca səkkizinci partlayış baş verib.

News 1st portalının məlumatına görə, hadisə paytaxt Kolombonun Demataqoda rayonunda olub.

Qeyd edək ki, aprelin 21-də Şri-Lankada baş vermiş yeddi partlayış nəticəsində 187 nəfər ölüb, 500-dək adam yaralanıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu