Poroşenko səs verdi: “Bu komediya deyil”





Ukraynanın hazırkı prezidenti, növbəti prezidentlik dövrünə namizəd Petro Poroşenko seçkilərin bu gün keçirilən ikinci turunda səs verib.

"Sherg.az” TASS-a istinadən xəbər verir ki, Poroşenko Kiyevin mərkəzində yerləşən seçki məntəqəsinə gələrək, öz bülleteni ilə səs verib.

Prezident seçkilərin təşkilindən, təşviqat kampaniyasından qürur duyduğunu qeyd edib:

"Vətəndaşlar dövlətin yaxşı idarə edilməsini istəyirlər. Çünki dövlət idarəçiliyi komediya deyil. Seçkilərə komik yanaşmaq olar. Birincidə bu əyləncəli ola bilər. Amma sonra bu zərər verir”

Poroşenko həmçinin Ukrayna xalqının müdrikliyinə inandığını deyib.

Qeyd edək ki, bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir.
Martın 31-də keçirilən birinci turda namizəd olan şoumen Vladimir Zelenski 30 faizdən çox səs toplayıb. Prezident Poroşenkonu isə ondan təxminən iki dəfə az səs alıb. Birinci turda namizədlərin heç biri tələb olunan səsi yığmadığına görə, prezidentlik postunu kimin tutacağı ikinci tur seçkilərinin nəticələrinə qalıb.
İkinci turun səsverməsi bu gün saat 20:00-da bitəcək.

Anar

Paylaş
Bizi Facebookda izləyin
menu
menu