Femen fəalı prezidentliyə namizədə hücum etdi: “Ölkəni təcavüzə məruz qoymayın!”





Ukraynanın Femen hərəkatının bir fəalı seçki məntəqəsinə gedərkən prezidentliyə namizəd Vladimir Zelenskiyə hücum edib.

"Sherg.az” TASS-a istinadən xəbər verir ki, siyasətçi seçki məntəqəsinə daxil olduqdan sonra, aktivist üzünü Zelenskiyə tutaraq "Ölkəni təcavüzə məruz qoymayın!” – deyə qışqırmağa başlayıb.

Fəal qarnına və kürəyinə kraska ilə "Bir torba içində pişik” yazaraq etirazını bu cür edib.

Komissiyanın işçiləri fəalı seçki məntəqəsindən çıxarıblar, amma polis onun hərəkətlərinə reaksiya verməyib.

Femen qadın jurnalistlərə bildirib ki, namizədlərdən heç birini dəstəkləmir.

Qeyd edək ki, bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir.
Martın 31-də keçirilən birinci turda namizəd olan şoumen Vladimir Zelenski 30 faizdən çox səs toplayıb. Prezident Poroşenkonu isə ondan təxminən iki dəfə az səs alıb. Birinci turda namizədlərin heç biri tələb olunan səsi yığmadığına görə, prezidentlik postunu kimin tutacağı ikinci tur seçkilərinin nəticələrinə qalıb.
İkinci turun səsverməsi bu gün saat 20:00-da bitəcək.

Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu