Şri-Lankada törədilən partlayışlarda ölənlərin sayı 207 nəfərə çatıb





Şri-Lankada Pasxa bayramı zamanı kilsə və otellərdə törədilən 8 partlayışda ölənlərin sayı 207 nəfərə çatıb, 450-dən çox insan yaralanıb.

ONA-nın xəbərinə görə, bu barədə "Ada Derana” portalı polisə istinadən məlumat yayıb.

Xəsarət alanlar arasında 35 əcnəbi var. Bundan əvvəl partlayışlar nəticəsində 185 nəfərin öldüyü bildirilib.

Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu