Son dəqiqə: Kılıçdaroğlu yumruq və təpik hücumuna məruz qalıb

Müdafiə naziri Hulusi Akar Kılıçdaroğlunun saxlandığı evə gəlib



CHP lideri Kamal Kılıçdaroğlu Ankaranın Çubuq qəsəbəsində şəhidin dəfn mərasimində bir qrup tərəfindən etiraz edilərək, yumruq və təpik hücumuna məruz qalıb. 
Təhlükəsizlik gücləri Kılıçdaroğlunu ətrafdakı bir evə aparıb. Bir müddət sonra Kılıçdaroğlu saxlandığı evdən zirehli avtomobillə çıxarılıb.




Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ankara Qubernatorluğundan verilən şərhdə lazımlı tədbirlərin alındığı, hadisəni törədənlər haqqında qanuni əməliyyatın başladıldığı bildirilib.






Ankara Respublika Baş prokurorluğu Kılıçdaroğlunun məruz qaldığı hücumla əlaqədar istintaqa başlayıb.
 Müdafiə naziri Hulusi Akar, Kılıçdaroğlunun olduğu evə gəlib. Akar, ətrafda toplanan vətəndaşları sakitliyə çağırıb.

Turan



Paylaş

Bizi Facebookda izləyin
menu
menu